19 Haziran 2014 Perşembe

Araz kurslari baglandi


















Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin ümumtəhsil müəssisələri və “Araz Kursları” MMC-nin fəaliyyətinin dayandırılması haqqında qərar verilib.

Bu barədə AzVision.az-a Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Azərbaycan Respubikasının milli neft şirkəti kimi beynəlxalq aləmdə rəqabət qabiliyyətinin artırılması, fəaliyyətinin səmərəliliyinin təmin edilməsi və aparıcı neft şirkətləri sırasına çıxmaq üçün ardıcıl islahatlar həyata keçirir.

Bu islahatlar bir sıra yeni iş yerlərinin açılması, yeni istehsal sahələrinin yaradılması ilə yanaşı, az səmərəli biznes proseslərinin aradan qaldırılması zərurətini də yaradır. Bu tələblər bazar iqtisadiyyatı prinsiplərinə, nüfuzlu, beynəlxalq audit şirkətlərinin tövsiyələrinə, ARDNŞ-nin risklərin idarə edilməsi siyasətinə uyğun olaraq müəyyən edilir. Az səmərəli biznes proseslərinin təkmilləşdirilməsi, bir qayda olaraq dəyişikliklərin aparılmasını şərtləndirir.

Qeyd edilib ki, respublikamızda və azərbaycanlıların kompakt yaşadığı xarici ölkələrdə məktəb yaşlı uşaqlara, yeniyetmələrə və gənclərə özəl təhsil müəssisələri vasitəsi ilə müvafiq qaydada Azərbaycan Respublikasının təhsil standartlarında və beynəlxalq standartlarda, milli və mənəvi dəyərlərimizi qorumaqla bütün təhsil səviyyələrində təhsil xidməti göstərmək, yeniyetmə və gənclərə ümumi orta təhsilə, ali təhsilin bakalavr və magistr mərhələlərinə hazırlıq xidmətləri təşkil etmək, həmçinin qanunvericiliklə nəzərdə tutulub və qadağan olunmayan digər fəaliyyətləri həyata keçirmək məqsədi ilə ARDNŞ-nin həmtəsisçi olduğu “Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi” İctimai Birliyi (ABTM) yaradılıb.

Son dövrlərdə aparılan dəyişikliklər nəticəsində ABTM hüquqi cəhətdən ARDNŞ-nin strukturuna daxil olan qurum statusu əldə edib. Odur ki, Birliyin strukturunda müvafiq dəyişikliklər edilməsinə zərurət yaranıb.

Bu səbəbdən ABTM-nin təsisçilərinin ümumi yığıncağının 18 iyun 2014-cü il tarixli qərarı ilə Birliyin təsisçisi olduğu Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin (ABTK) nəzdində fəaliyyət göstərən “Araz Kursları” MMC, onun təsisçisi olduğu digər qurumların və ümumtəhsil məktəblərinin fəaliyyəti ilə bağlı ABTM-də yaranmış əlavə xərclərin qarşısının alınması və bu layihənin maliyyə və idarəetmə baxımından mürəkkəbliyini nəzərə alaraq qeyd olunan qurumların ləğv edilməsi məqsədəmüvafiq hesab edilib. Birliyin ümumi yığıncağında o da qeyd olunmuşdur ki, “Araz Kursları” MMC-nin fəaliyyəti ali təhsil müəssisələrinə qəbul imtahanları başa çatanadək davam etdiriləcək və ABTK-da təhsil alan və əmək münasibətlərində olan şəxslərin hüquqları və qanuni mənafeləri qanunvericiliyə uyğun şəkildə təmin olunacaqdır. Belə ki, hər bir təsisatda təhsil alan və çalışan şagird və pedaqoji heyətin yeni dərs ili başlayanadək müvafiq qaydada yerləşdirilməsi üçün lazımi tədbirlər görüləcək.

Qeyd edək ki, Azərbaycanda yaşanan nurçu qalmaqalından sonra “Araz Kursları”nın Fətullah Gülən camaatına məxsus olduğu bildirilirdi.

                                                 (c)qafqaznews.az

9 Haziran 2014 Pazartesi

Facebook can qurtardı

Fb-nın əhəmiyyəti
Fb-nın əhəmiyyəti
ABŞ sakini Tara Teylor Facebook-dakı səhifəsinə 3 yaşlı qızının şəklini yerləşdirib. Sosial şəbəkənin istifadəçiləri üzünə fotoaparatın işığı düşən qızın sol gözündə qəribə parıltı görüblər. Rusiya mətbuatına istinadən bildirilir ki, xoş təsadüfdən şəkli görənlər arasında bir oftalmoloq da olub. O, dərhal həkimə müraciət etməyi məsləhət bilib, çünki həmin effektin xəstəliklə bağlı olduğunu güman edib. Tibbi müayinə qızda nadir xəstəlik olan Koats xəstəliyini aşkar edib. Bu xəstəliyi vaxtında müəyyən etməyəndə görməni tam itirmək riski var. Facebook-dakı həkimin sayəsində isə qızcığaz kor olmaqdan xilas olub, o artıq müalicə olur.

8 Haziran 2014 Pazar

Zoğalın faydaları

zoğal
zoğal
Zoğal ağacı həm kol və həm də ağac şəklində olur.
Meyvəsinin rəngi qırmızıdır, dadı isə turş və bir qədər şirindir. Zoğal ağacı təxminən 300 il ömür sürür. Milli.Az modern.az-a istinadən xəbər verir ki, bu meyvənin tərkibində dəmir, kalsium, fol turşusu, C, B2, B1, E vitamini var. Bu dadlı meyvənin kalorisi azdır. Bu meyvənin tərkibində 17% anti-oksidan var ki, çox sayda xəstəliklərə müqavimət göstərər.
Zoğal xərçənglə mübarizə aparar
Zoğal ağciyər, bağırsaq xərçənginin qarşısını alar və xərçəng hüceyrələrinin artmasının qarşısını alar. Bu meyvədən kamil şəkildə bəhrələnsək, xərçəng xəstəliyindən uzaq olarıq. Zoğal ürək xəstəliklərinə qarşı faydalıdır
Zoğal elə bir meyvədir ki, ürək xəstəliklərinin qarşısını alır. Zoğalın tərkibində olan anti-oksidanlar adətən qara rəngli tərəvəzlərin və meyvələrin tərkibində olan anti-oksidandır. Bu anti-oksidanlar həmin xəstəliklərin yaranmasının qarşısını alır.
Zoğal sidik yollarının infeksiyası və böyrək daşları üçün faydalıdır
Zoğal sidik yollarının infeksiyasını aradan qaldırmağa yardım edər. Səbəbi budur ki, zoğal sidiyi turşuya çevirir və əks bakteriyası olan hyuburik turşusuna çevirir. Bu maddə ancaq zoğalda olur. Bakteriyaların bir-birinə yapışmasının qarşısını alar və infeksiyanı aradan qaldırır. Başqa sözlə desək, zoğal bakteriyanın bədəndən çıxmasına səbəb olar və onu artmağa qoymaz. Zoğal böyrək daşları üçün də faydalıdır. Zoğalın turşuya çevirmək xasiyyəti daşları əridər və bakteriyaların böyrəyin divarlarına yapışmasına mane olar.
Zoğal çəkini azaldar
Zoğal çəkini azaldar. Bədəndəki insulinin miqdarını tənzim edər. Bu maddə bədəndə toplanan piyləri əridər. Bundan başqa bədəndə toplanmış zəhərli maddələri xaric edər.
Zoğal ishalı aradan qaldırar
Zoğal bədəndə infeksiyanın aradan qalxmasına yardım edər. Zoğal ishalı yaxşılaşdırar. Bir xörək qaşığı zoğalı bir stəkan suda qarışdırıb, 15 dəqiqə qaynadın. 15 dəqiqə dəm almaq üçün buraxın. İki gün ondan için və ishala yardım edər.
bilirsinizmi?
bilirsinizmi?
Amerikalı elm adamlarının apardığı araşdırmalar zamanı bəzi qidaların göbək əritməyə və qarın əzələsinə müsbət təsiri olduğu müəyyənləşib. Yağ yandıran və maddələr mübadiləsini sürətləndirən həmin qidaları təqdim edirik: Maddələr mübadiləsini sürətləndirən qırmızı bibər, həm də damarlardakı pis yağların təmizlənməsinə kömək edir.
Sarımsaq toxluq hissini uzun müddət saxlayır.
Toxluq hissini qoruyub saxlayan yumurta maddələr mübadiləsini sürətləndirir və yağın əriməsini təmin edir.
Yaşıl çay bədəndə yağların toplanmasına əngəl olur. Lazım olduğundan çox qəbul etmədiyiniz müddətdə həzmi sürətləndirmək təsirinə malikdir. Bu çay vasitəsilə arıqlaya bilərsiniz.
Portağal, limon, qreyfurt kimi C vitaminli qidalar yağın daha sürətlə əriməsinə, orqanizmdən xaric olmasına kömək edir.
Bananın tərkibindəki potasium maddələr mübadiləsini sürətləndirir, köpün qarşısını alır.
Maddələr mübadiləsini sürətləndirib artıq çəkilərə səbəb olan yağları bədəndən atmağa kömək edən qatıq, həm də həzm sistemini asanlaşdırır.

Firdovsinin 30 il ərzində yazıb qurtardığı Şahnamədə belə deyilir:
Burada çox qaldığım üçün dəyərsizləşdim mən,
Suyun hovuzda çox qalanda iyləndiyi kimi.
Dəyərli adamlar da bir yerdə çox qalanda qiymətləri aşağı düşür.
“Təbdili-məkan, yəni yer dəyişmək xeyirlidir”, – deyirlər. Həmişə eyni yer, eyni sifətlər, eyni iş, eyni qayğılar... Eynilik bezginliyə səbəb olur. Adam əgər bir işdən bezibsə, o işə yeni rəng, yeni motiv qatmalıdır. Yer dəyişmək hərəkət etmək deməkdir. Hərəkətdə isə bərəkət vardır. Hərəkətsiz qalmaq bərəkətsiz qalmaqdır. Bir yerdə çox qalan su iy verir. Orqanizmin çox hissəsinin sudan ibarət olduğunu nəzərə alsaq, insanın hərəkətsizliyi onun da bezməsinə, üzülməsinə və bir yerdə “kif atmasına” gətirib çıxarır. Daim hərəkətdə olan Yer kürəsinin üzərində qalmaq üçün insan da hərəkət etməlidir. Elə bütün dərdlərimizin dərmanı da ağıllı hərəkət etməkdə 
İnternetin inkişafı və onu saysız-hesabsız məqsədlərlə istifadə edən istifadəçilərin sayının artması - hücumçulara pisniyyətli fəaliyyətlərini həyata keçirmək üçün çoxlu hədəflər təqdim edir. Şəbəkə əsaslı hücumların böyük əksəriyyəti, hücumçular tərəfindən pisniyyətli materiallar yaymaq məqsədi ilə ələ keçirilən və tərkibində hər hansı bir ziyanverici proqram olmayan İnternet səhifələrini ziyarət edən istifadəçilərə tətbiq olunur.
malware
Bu tip hücumlarda hücumçu, istifadəçilər tərəfindən etibarlı hesab olunan veb səhifələrin saxlanıldığı serveri ələ keçirir və yaymaq istədiyi ziyanverici proqramı bu serverə yerləşdirir. İnternet istifadəçilərinin etibarlı hesab etdiyi bu saytı ziyarət etməsi nəticəsində bu ziyanverici proqram təminatı kompüterlərinə yoluxur. Ziyanverici proqramların güclü və təhlükəli olmaları - kompüterə gizlicə yoluxa bilmələri, o kompüterdə dəyişikliklər edərək zərər verə, elektron informasiya sistemlərinə istifadəçilərin fərqinə belə varmadan sıza bilmələrindən qaynaqlanır.
Hazırda ziyanverici proqram hücumlarının sıxlığı artmaqda və onlar günü-gündən inkişaf etməkdədir. Bu hal - İnternet istifadəçilərinin təhlükəsizliyi baxımından ciddi təhlükə kəsb edir. Ziyanverici proqramlara qarşı mübarizə üçün görülən mövcud işlər - hər gün inkişaf etməkdə olan bu qlobal təhlükənin müəyyənləşdirilməsi əməliyyatından çox geridədir. Ziyanverici proqramlarla mübarizə və onları azaltma işləri bir-birindən ayrı şəkildə aparılır.
  

6 Mayıs 2014 Salı

Ən yaxşı Bloq yarışmasının nəticələri



“Ən yaxşı bloq” müsabiqəsinin qalibləri mükafatlandırıldı

30 may 2014-cü il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Problemləri İnstitutunda ulu öndər Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə təşkil etdiyi “Ən yaxşı bloq” müsabiqəsi qaliblərinin mükafatlandırması mərasimi keçirilib.  Mərasimdə Təhsil Problemləri İnstitutunun direktoru Qulu Novruzov çıxış edərək bildirib ki, müxtəlif fənlərdən dərs deyən, tədris bacarıqları ilə seçilən müəllimlərin müəyyənləşdirilməsində bu cür müsabiqələrin keçirilməsi xüsusi rol oynayır. 
Dövlət təhsil strategiyasında öz əksini tapmış təhsildə yeni pedaqoji və informasiya texnologiyaları üsulları barədə müəllimlərin bilik, bacarıqlarının   yüksəldilməsinə təkan verə biləcək belə tədbirlərin keçirilməsinin davamlı olacağını vurğuladı. Natiq müxtəlif fənlər üzrə hazırlanan bloqların yaradılmasının internetdə azərbaycan dilli elektron təhsil resursların artmasına və onların zənginləşdirilməsinə kömək olduğunu bildirdi. 

Tədbirdə məlumat verilib ki, . Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Problemləri İnstitutu  və “Demokratik Gənclər” İctimai Birliyinin ulu öndər Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə təşkil etdiyi “Ən yaxşı bloq” müsabiqəsinə  Azərbaycanın müxtəlif şəhər və rayonlarından  50-yə qədər iş təqdim olunmuşdur. Müsabiqənin şərtlərinə uyğun olaraq  onlardan 39-u seçilmişdir.

Müsabiqənin şərtlərinə görə, hazırlanan işlər “Blogspot.com” saytında hazırlanmalı; hazırlanan bloqda Heydər Əliyev və Müasir Azərbaycan Təhsili bölməsi öz əksini tapmalı idi. Bloqda öz əksini tapan bütün məlumatlar əgər özü tərəfindən deyil, digər bir insan tərəfindən hazırlanıbsa, o zaman müəlliflik hüquqlarının qorunmasına diqqət yetirilməli, istifadə edilmiş hər materialın mənbələrinə istinad mütləq göstərilməli idi. 

Tədbirdə Təhsil Problemləri İnstitutunun direktor müavini Ənvər Abbasov, “Demokratik Gənclər” İctimai Birliyinin direktoru Ramil Süleymanov, müsabiqənin təşkilat komitəsinin üzvləri  əməkdar müəllim Almaz Həsrət, Vəfa Vəliyeva, Könül Təhməzova, Bakı, Sumqayıt, Zaqatala, Şəki, Şamaxı, Şirvan, Şəmkir, Göygöl, Hacıqabul, Qax, Sabirabad, Mingəçevir, Ağdaş şəhərindən gəlmiş  müsabiqə qalibləri, mətbuat  nümayəndələri iştirak edib.

Qaliblərə aşağıdakı nominasiyalar üzrə Uğur diplomları və iştirakçı diplomları təqdim  olunub.
  
 “Ən yaxşı dizayn” nominasiyası üzrə:
I yer 
- Vasif Ramazanov,  Sumqayıt şəhəri,  Fars İngilis Dilləri Təmayüllü İnternat məktəb, http://vasiframazanov.blogspot.com/ 
- Məmmədova Vəfa,  Bakı şəhəri, 155 nömrəli tam orta məktəb, http://yaradicimuallim.blogspot.com/ ,

II yer 
- Esmira Əhmədova,  Şəki şəhəri, 11 nömrəli tam orta məktəb, http://esmira84.blogspot.com/

III yer  
-Əlizadə İranə,  Zaqatala rayonu, Humanitar fənlər gimnaziyası, http://Tarixinfoblogspot.com

IV yer
-Alqış Həsrətov,  Qax rayonu, Qorağan kənd tam orta məktəbi, http://umummillilider.blogspot.com/
-Nərgiz Məmmədova, Bakı şəhəri,  190 saylı tam orta məktəb, http://ibtidaisinif190.blogspot.com/  
-İsrafilova Gülbəniz,  Şəki şəhəri, 3 saylı tam orta məktəb, http://gulbenizisrafilova.blogspot.com
-Səbinə Əliyeva, Bakı şəhəri, 64 saylı tam orta məktəb,  http://sebine64.blogspot.com/ 

“Ən yaxşı məzmun” nominasiyası üzrə:
I yer
- Nərmin Musayeva,  Şəki şəhəri,  5 saylı orta məktəb, http://ana-dilim.blogspot.com/ 

II yer
- Dilşad Şeyxzadə,  Bakı şəhəri,  102  saylı tam orta məktəb, http://tumurcuq.blogspot.com/

III yer
- Aygün Göyüşova, Şəki şəhəri,  11 saylı tam orta məktəb, http://aygungoyusova.blogspot.com/ 

IV yer
- Əlizadə İranə, Zaqatala rayonu,  Humanitar fənlər gimnaziyası, http://Tarixinfoblogspot.com
- Natavan Musayeva, Mingəçevir şəhəri, 4 saylı tam orta məktəb http://Riyaziyyatinformatikablogspot.com
- Hüseynova Arzu, Bakı şəhəri, 300 saylı tam orta məktəb, http://arzuhuseynova300.blogspot.com/
- Pərvanə Hətəmova, Şirvan şəhər,  M.İsrafilov adına 18 saylı təbiət humanitar təmayüllü məktəb, http://hatamova-geogrphy1.blogspot.com

 “Ən yaxşı veb resurs” nominasiyası üzrə:
I yer
-Qəribova Şəhla, Şamaxı şəhər, 10 saylı tam orta məktəb, http://iktmuhendis.blogspot.com/p/qalereya_22.html

II yer 
-Könül Əliyeva, Zaqatala rayonu,  Tala kəndi,  5 saylı tam orta məktəb, http://tarixinizleri.blogspot.com/

III yer
-Təranə Abbasova,  Bakı şəhəri , 240 saylı məktəb, http://Myenglishpagewithtaranaabbasovablogspot.com 

IV yer
-Əsədova Məlihə, Bakı şəhəri,  111 saylı tam orta məktəb, http://meliheesedova.blogspot.com/ 
-Gültəkin Mustafayeva,  Bakı şəhəri, Zəngi liseyi http://gultekinmustafayeva.blogspot.com/ 
-Xanım Sadıqzadə,  Bakı şəhəri, 255 saylı tam orta məktəb http://tehsilvetereqqi.blogspot.com/ 
-Leyla Bayramova, Agdaş şəhər, 7 saylı tam orta məktəb,   http://tarixdersleri.blogspot.com/ 

“Xüsusi BLOQÇU nominasiyası” üzrə ən yüksək bal toplayan

- Mircamal Haşımov - Sabirabad rayonu,  2 saylı tam orta məktəb,  http://Veboxublogspot.com
- Aliyə Əhmədova – Sumqayıt şəhər, 1 saylı tam orta məktəb, http://asanfizika.blogspot.com/

“ƏN FƏAL TƏLƏBƏ və ƏN FƏAL ŞAGİRD NAMINASIYASI” üzrə
-Yusif İbrahimov,  Şəki şəhəri, 5 saylı tam orta məktəbin 8-ci sinif şagirdi,  http://Azərbaycantəhsiliblogspot.com
 -Nuran Murşüdzadə - Şəki rayonu, AMİ Şəki filialının tələbəsi



Tədbirdən olan fotoşəkilləri buradan baxa bilərsiniz:   Təhsil Problemləri İnstitutunda müəllimlərin mükafatlandırılması






Əməkdar müəllim Almaz Həsrət
menbe:kurikulum.az