Tariximiz


Qaraqoyunlular

Vikipediya, açıq ensiklopediya
Qaraqoyunlular – Azərbaycan türklərinin etnogenezində mühüm rol oynamış türkdilli tayfa birləşməsi.
Bayraqlarında qara qoyun şəkli olduğundan bu cür adlandırılırdılar. Mənşəcə oğuz tayfalarından olan Qaraqoyunlulara Baharlılar başçılıq edirdi. Əvvəlcə Van gölündən Cənubda məskunlaşmış Qaraqoyunlular XIV əsrin 70-ci illərindən Ərzincan və Sivasda möhkəmləniblər.AğqoyunlularTeymurlular və Cəlairilərə qarşı mübarizə aparıblar. QaraqoyunlularQara Yusifin başçılığı ilə Azərbaycanın da daxil olduğu Qaraqoyunlu dövlətini yaradıblar.
Azərbaycanın ərazisində də indi də Qaraqoyunlularla bağlı toponimlər var.
Qarqoyunluların hakimiyyəti dövründə Teymurlular, Cəlairilər, Şirvanşahlar, Ağqoyunlular, Gürcüstanla müharibələr aparılmışdır. Qaraqoyunluların hakimiyyətinə Ağqoyunlular son qoymuşlar.
menbe:az.wikipedia.org