Dilimiz


Morfologiya

Dilçiliyin əsas bölmələrindən biri olan qrammatikada sözlərin formaca dəyişməsi və cümlədə birləşməsi qaydaları öyrənilir.Qrammatika iki hissəyə bölünür:
1.Morfologiya
2Sintaksis
Morfologiya (yunanca morfos - forma və loqos -elm, təlim  sözlərindən təşkil olunub) sözün  formalarını  öyrənir.Morfologiyanın əsas mövzusu nitq hissələridir.Morfologiyada sözlər nitq hissələri kimi öyrənilir, onların quruluşu və dəyişmə qaydalar araşdırılır.
Sintaksis (yunan sözüdür; tərtib, birləşmə deməkdir) söz birləşmələrini və cümlələri öyrənir.

NİTQ HİSSƏLƏRİ
Sözlər ümumi qrammatik mənalarına görə müəyyən qruplara bölünür. Məsələn: ev, kitab, dəflər, qələm, çanta, məktəbvə s. sözləri əşyanın adınıbildirdiyi üçün isimadlanan nitq hissəsində qruplaşır. Həmin əşyaların əlamətinibildirən hündür, maraqlı, qalın, göy, qara, böyük və s. sözləri isə sifət adlanan başqa bir nitq hissəsində birləşirlər. Eləcə də hərəkətbildirən sözlərdən morfologiyada fel kimi: hərəkətin tərzini, yerini, zamanınıbildirən sözlərdən isə zərf kimi bəhs olunur.
Dilımızdəki nitq hissələri əsas əlamətlərinə görə üç növə bölünür: əsas nitq hissələri, köməkçi nitq hissələri, xüsusi nitq hissəsi (nida).
Əsas nitq hissələrinin iki əsas səciyyəvi xüsusiyyəti var
1.Müstəqil leksik məna daşıyaraq, əşyanı, əlaməti, miqdarı,hərəkəti və s.bildirir.
2.Cümlə üzvü vəzifəsində işlənir.
Köməkçi nitq hissələrində bu xüsusiyyətlər yoxdur. Onlar  yalnız qrammatik məna daşıyır.
Xüsusi nitq hissəsi olan nidanın isə nə leksik, nə də qrammatik mənası var. O yalnız hiss, həyəcan bildirdiyi öçün xüsusi  nitq hissəsi sayılır.

Say


Əşyanın  miqdarını və ya sırasını bildirən əsas nitq hissəsinə say deyilirSay neçə? nə qədər? neçənci? suallarından birinə cavab olur. Məsələn: iki (uşaq), beş (kitab), birinci (sinif) və s.
Sifət əşyanın əlamətini, say isə miqdar və ya sırasını bildirirSayın sifətlə bir neçə oxşar cəhəti var:
1. Say da sifət kimi isimlə bağlı olur və sifət kimi isimdən əvvəl işlənır.
2. Say da sifət kimi cümlədə ən çox təyin olur.
3. Say da sifət kimi ismi əvəz edə bilir, yəni isimləşir.
4. Say da sifət kimi quruiusca sadə, düzəltmə və mürəkkəb olur.
Sayın quruluşca növləri
Saylar quruluşca üç növə bölünür: sadə, düzəltmə və mürəkkəb saylar.
Sadə saylarbir kökdən ibarət olur. Məsələn: bir, üç, yeddi, on, əlii, səksən, doxsan, milyon və s.
Düzəltmə saylar kök və leksik şəkilçidən ibarət olur. Isim və sifətdən fərqli olaraq, düzəltmə saylar başqa nitq hissələrindən yox, yalnız saylarınözündən düzəlir.
Düzəltmə saylar sadə saylara -ıncı4 şəkilçisini artırmaqla düzəlir. Bu şəkilçi yalnız saya aid şəkilçidir: qırx-ıncı, səkkiz-ınci, on-uncu, üç-üncü, altı-ncı, iki-nci. -la1 və -ca şəkilçilərinin köməyi ilə düzələn onlarla, yüzlərlə, onlarca, minlərcə tipli saylar da quruluşca düzəltmədir. Çoxlu sayı da quruluşca düzəltmədir.
Mürəkkəb saylar da, əsasən, saylardan yaranır. Məsələn: üç-dörd, beş-altı, on-on beş, on iki, otuz üç, yüz iyirmi beşinci, bir çox, bir az, bir qədər, beşdə üç, ikidə bir və s. İki-üç, üç-dörd tipli mürəkkəb qeyri-müəyyən miqdar sayları defislə, qalanları isə ayrı yazılır.
Qeyd: Defislə yazılan mürəkkəb saylar əsl mürəkkəb saylar, ayrı yazılan saylar isə tərkibi saylar sayılır.
Sayın mənaca növləri
Sayın mənaca iki növü vardır:
1.     Miqdar sayları
2.     Sıra sayları
Miqdar sayları özü də üç növə bölünür:
1.     Müəyyən miqdar sayları
2.     Qeyri-müəyyən miqdar sayları
3.     Kəsr sayları
Müəyyən miqdar sayları
Müəyyən miqdarsayları əşyanın konkret miqdarınıbildirir və neçə? nə qədər? suallarına cavab verir. Məsələn: beş, on, yüz, otuz üç, yüz on və s. Dilimizdə quruluşca sadə olan müəyyən miq-dar saylan cemi 23-dür: bir, iki, üç, dörd, beş, altt, yeddi, səkkiz, doqquz, on, iyirmi, otuz, qırx, əlli, altmış, yetmiş, səksən, doxsan, yüz, min, milyon, milyard, trilyon. Bu sözlərdən yalnız sonuncu üçü alınmasözdür, qalanları əsl Azərbaycan (türk) sözləridir. Sıra sayları və mürəkkəb müəyyən miqdar sayları bu 23 sayın əsasında yaranır.
Müəyyən miqdar saylarından sonra gələn isimlər yalnız təkdə işlənir. Məsələn: on beş şagird, beş kitab və s. Bu isimləri cəmdə işlətmək (beş kitablar şəklində) qrammatik cəhətdən səhvdir. Sifətlərdən sonra gələn isimlər isə cəm şəkilçisi qəbul edir. məsələn: maraqlı kitablar, çalışqan şagirdlər, yeni binalar və s.
Müəyyən miqdar sayları ilə isimlər arasında çox vaxt numerativ sözlər işlənir. Həmin sözlər aşağıdakılardır:
Nəfər - insan bildirən isimlərlə işlənir: iki nəfər şagird, on nəfər tələbə və s.
Baş - əsasən, heyvan bildirən isimlərlə işlənir: on baş öküz, yüz baş qoyun, iki bas keçi və s. (Danışıq zamanı baş sözü ailə üzvləri üçün də işlənir: iki bas ailə üzvü).
Ədəd, dənə - cansız əşya bildirən isimlərlə işlənir beş dana nar, iki ədəd qələm və s.
Cüt, dəst - qoşalıq bildirmək üçün isimlərin əvvəlində işlənir: bir cüt ayaqqabı, iki dəst paltar (kostyum) və s.
Göz, tikə, parça, dəstə, top və s numerativ sözləri də müəyyən miqdar sayları ilə isimlər arasında işlənir: üç göz otaq, bir tikə qənd, bir parça çorək, iki dəstə gül bir top çit və s
Qeyri - müəyyən miqdar sayları
Qeyri-müəyyən miqdar sayları əşyanın dəqiq olmayan miqdarını bildirir və nə qədər? sualına cavab verir. Məsələn beş-altı (kitab), üç-dörd (uşaq) və s Dilimizdə ən çox işlənən qeyri-müəyyən miqdar sayları aşağıdakılardır az. çox, xeyli, birqədər, bir çox, bir az, bir sıra, az-çox, çoxlu, onlarla, yüzlərlə, minlərlə, bir-iki, on-on beş və s. Az və çox sayları ən, lap, daha ədatları ilə də işlənə bilər: ən az (otaq), lap çox (adam), daha çox (məhsul) və s.
Az sayından sortra gələn isim təkdə işlənır: az adam. Bir çox, bir sıra saylarından sonra gələn isimlər isə cəmdə işlənir:bir çox alimlər, bir sıra şəhərlər və s. Çox, onlarla, yüzlərlə, minlərlə və s. saylarından sonra gələn isimlər isə həm təkdə, həm də cəmdəişlənə bilir: çox uşaq, çox adamlar. onlarla şagird, yüzlərlə tələbə və s Başqa qeyri-müəyyən miqdar saylarından sonra gələn isim lər isə təkdəişlənir: xeyli adam, bir qədər odun və s.
Bir-iki, üç-dörd, beş-altı tipli qeyri-müəyyən miqdar sayları ilə isimlər arasında da nəfər, baş, ədəd, dənə, dəst, kimi numerativ sözlər işlədilir: üç-dörd nəfər uşaq, bir-iki dənə alma, beş-altı dəstə gül və s.
Qeyd: Bir-iki, üç-dörd, bes-altı tipli saylara təqribi (təxmini) miqdar sayları da deyilir.
Kəsr sayları
Kəsr sayları ya tamın (bütövün) hissəsini, ya da tam və hissəsini bildirir və nə qədər? neçə hissə? suallarına cavab olur. Kəsr sayları müəyyən miqdar sayları və -da1 şəkilçisinin köməyi ilə yaranır. Məsələn: beşdə üç (5/3), iki tam onda beş (2,5) və s. Kəsr sayları quruluşca həmişə mürəkkəb (tərkibi) olur.
Sıra sayları
Sıra sayları əşyanın sırasını bildirir və neçənci? sualına cavab verir. Sıra sayları müəyyən miqdar saylarına -ıncı4 şəkilçisini artırmaqla düzəlir: altmışıncı, səksəninci, doqquzuncu, dördüncü.
Kökü samitlə bitən saylara qoşulduqda bu şəkilçinin ilk saiti düşür: altıncı, ikinci və s.
Əvvəl, axır, filan, son sözləri də -ıncı4 şəkilçisi ilə işləndikdə sıra sayı məzmununu bildirir: əvvəlinci (sıra), axınnct (dərs), sonuncu (zəng), filanıncı (il) və s.
Sıra sayları bəzən hansı? sualına da cavab olur. Məsələn birinci (hansı?) mərtəbə, axırıncı (hansı?) cərgə, onuncu (hansı?) sinif və s.
Sıra saylarından sonra gələn isimlər bəzən cəm şəkilçisiqəbul edə bilir. Məsələn: beşinci siniflər, 30-cu illər, birinci sıralarvə s.
Sıra sayları başqa saylara nisbətən daha çox isimsiz işlənə bilir (isimləşir).Məsələn: Onuncular irəlidədirlər. Birincilərə mükafat verdilər. və s.
Sıra sayları quruluşca sadə olmurya düzəltmə (birinci, ikinci), ya da mürəkkəb (on birinci, otuz ikinci) olur.
Sıra sayları üç cür yazılır:
1. Sözlə: birinci, altıncı, on beşinci və s.
2. Ərəb rəqəmləri və -ıncı şəkilçisinin ixtisar forması olan –cı şəkilçisi ilə: 6-cı, 1-ci, 4-cü, 35-ci və s.
Sıra saylarını ərəb rəqəmləri ilə yazıb, onlardan sonra nöqtə və ya yarımmötərizə (nöqtəsiz) işarəsi qoymaqla da göstərmək olar. Məsələn: 1.1) və s.
3. Roma rəqəmləri ilə: XX əsr, IX sinif, VI fəsil və s. Roma rəqəmlərindən sonra heç bir şəkilçi işlədilmir və defis ışarəsi də qoyulmur. Roma rəqəmləri 7 işarə ilə göstərilir: I, V, X, L (50), C (100), D (500), M (1000) Bunların müxtəlif şəkildə birləşməsi ilə qalan rəqəmlər də yazılır: XL (40-cı), LX (60-cı) və s.
Sayın isim kimi işlənə bilməsi
Say da sifət kimi ismi əvəz edə bilir. ismi əvəz edən say təklikdə (isimsiz) işlənir, yəni isimləşir. İsimləşmiş say ismə məxsus hal, cəm və mənsubiyyət şəkilçilərini qəbul edir, ismin sualına cavab olur və cümlədə mübtəda, tamamlıq və bəzən də xəbər vəzifəsində işlənir: Məsələn: Beşincilər (kim?) yarışda qalib gəldirlər. Beşlərimdən (nədən?) xoşum gətir. Beş (nə?) üçdən (nədən?) çoxdur. Gələn onunculardır (kimdir?).
Bəzi sayların yazılışı və deyilişi
Dilimizdəki bəzi sayların yazılışı və tələffüzü fərqlənir. Bu cür saylar, əsasən, aşağıdakılardır: dörd - [dört], səkkiz - [səkgiz], doqquz - [dokquz], altmıs - [atmış], əlii altı - [əllaltı], səksən -[səysən] s. Dörd sayı -üncü şikilçisini qəbul etdikdə isə kökdəki sonuncu samit sait səsdən əvvəl gəldiyi üçün cingiltilitələffüz olunur. [dordüncü].
Say cümlədə ən çox təyin olur. Yuxarıda qeyd olunduğu kimi, say isimləşdikdə mübtəda, tamamlıq, bəzən də xəbər ola bilir.
Sayın təhlil qaydası
Say aşağıdakı qaydada təhlil olunur:
1. Ümumi qrammatik mənası, sualı
2. Hansı isimlə bağlı olması
3. Quruluşca növü
4. Mənaca növü
5. Cümlədə rolu
Məsələn: Birinci sinif şagirdi Günay dərslərindən beş qiymət alır.
Birinci - əşyanın sırasını bildirir, neçənci? sualına cavab olur. Sinif isimi ilə bağlıdır, quruluşca düzəltmədir. Sıra sayıdır, cümlədə təyindir.
Beş - əşyanın miqdarını bildirir, neçə? sualına cavab olur. Qiymət ismi ilə bağlıdır, quruluşca sadədir. Müəyyən miqdar sayıdır, cümlədə təyindir.

 Fel


Fel qrammatik mənasına görə hərəkət bildirən əsas nitq hissəsidir. fellər müxtəlif şəkil və zamanlarda işlədilən nə etmək? nə etdi? nə edəcək? və s. suallarından birinə cavab olur. felləri başqa nitq hissələrindən fərqləndirən digər qrammatik xüsusiyyətlər bunlardır
1 Şəxsə və kəmiyyətə görə dəyişir. Məsələn: Mən yazıram. və s
2. Təsdiq və inkarda olur. Məsələn: yazmaq - yazmamaq, gəlmək-gəlməmək və s.
3. Zaman bildirir (keçmiş, indiki, gələcək). Məsələn: yazdı, yazır, yazacaq va s.
4. Təsirli və təsirsiz olur. Məsələn: yazmaq (nəyi?), baxmaq (nəyə?) və s.
Fellər də isimlər kimi dilimizdə çoxluq təşkil edir.
Felin leksik mənaca növləri
Feillərin leksik mənaca aşağıdakı növləri var:
1. İş bildirən fellər: yonmaq, doğramaq, qazmaq, kəsmək, biçmək, tikmək və s.
2. Hərəkət bildirən fellər: qaçmaq, getmək, gəlmək, oynamaq, qalxmaq, enmək və s.
3. Nitq bildirən fellər: danışmaq, demək, çıxış etmək, pıçıldamaq, qulaq asmaq və s.
4 Təfəkkür bildirən fellər: xatırlamaq, düşünmək, yada salmaq, fikrə getmək, duymaq, hiss etmək və s.
5 Hal-vəziyyət bildirən feillər: ağlamaq, gülmək, sevinmək, ağarmaq, qızarmaq, utanmaq və s.
Bütün feillərdə hərəkətvardır, lakın onların bəzilərində iş və hərəkət, digərində isə təfəkkür, hal-vəziyyət və s. daha qabarıq şəkildə özünü göstərir.
Təsirli və təsirsiz fellər
Hərəkətin obyektə münasibətinə görə fellər təsirli və təsirsiz olur.
Özündən asılı olan sözlərin ismin təsirlik halında işlənməsini tələb edən fellərə təsirli fellər deyilir.
Təsirli fellərin birbaşa tələb etdiyi obyekt ismin təsirlikhalının suallarına cavab olur. Məsələn: Uşağı (kimi?) gördüm. Məktubu (nəyi?) yazır. Su (nə?) içirsən? və s.
Özündən asılı olan sözlərin ismin təsirlik halında deyil, başqa hallarda işlənməsini tələb edən fellər isə təsirsiz fellər adlanır.
Təsirsiz fellərlə əlaqədə olan sözlər ismin, əsasən, yönlük, yerlik və çıxışlıq hallarının suallarına cavab olur. Məsələn: Kitaba (nəyə?) baxıram. Kənddə (harada?) yaşayırıq. Evdən (haradan?) gəlirsən? və s.
Bəzi təsirsizfellər -dır4, -ır4 şəkilçilərinin köməyi ilə təsirlifellərə çevrilir. Məsələn: inanmaq (nəyə?) - inandırmaq (kimi?), çatmaq (haraya?) çatdırmaq (nəyi?), gülmək (kimə?) -güldürmək (kimi?), qaçmaq haraya?) - qaçırmaq (kimi?), bişmək (harada?) - bişirmək (nəyi?), köçmək (haraya?) - köçürmək (kimi? nəyi?) və s.
-ıl4, -m4 şəkilçilərinin köməyi ilə bəzi təsirli fellər də təsirsiz fellərə çevrilir. Məsələn: açmaq (nəyi?) - açılmaq (harada?), çəkmək (nəyi?) - çəkilmək (haraya?), almaq (nəyi?) -alınmaq (haradan?), silmək (nəyi?) - silinmək (harada?) və s.
Təsdiq və inkar fellər
Fellər hərəkətin icra olunub - olunmaması baxımından iki cür olur: təsdiq fellər, inkar fellər.
Təsdiq fellər hərəkətin icra olunmasını bildirir. Təsdiq fellərin xüsusi şəkilçisi yoxdurMəsələn: yaz, oxu, baxacaq, görmüşsən və s.
İnkar fellər hərəkətin icra edilmədiyinibildirir və vurğu qəbul etməyən –ma2 şəkilçisi ilə düzəlir. Məsələn: yazma. getmə, almadım, gəlmirəm, baxmayacaq, görməmişsən və s.
Felin lazım, bəzən də vacib şəklinininkarı –ma2 şəkilçisi ilə yox, deyil sözü ilə düzəlir: alası deyil, getməli deyil və i.
Indiki və qeyri-qəti gələcək zamanda işlənərkən –ma2 şəkilçisindəki samit düşür. Məsələn:
gəl+ir gəl+m+ir,
oxu+yur oxu+m+ur, 
yaz+ar+am yaz+m+aram, 
bax+ar+ıq bax+m+arıq, 
gəl+ər gəl+m+əz, 
oxu+yar+lar oxu+m+az+lar
Son iki nümunədən göründüyü kimi, qeyri-qəti gələcək zamanda üçüncü şəxsin təkində və cəmində -ar1 zaman şəkilçisinin tərkibindəki r samiti z samitinə keçir.
Qeyd: Felin inkar şəkilçisi –ma2 ilə isim düzəldən -ma2 şəkilçisi omonimdir.
menbe:az.wikipedia.org