Coğrafiya


Respublikamizin ərazisi filiz, qeyri-filiz, yanacaq faydalı qazlntıları ilə olduqca zəngindir.
Azərbaycan özünün neft və qaz yataqları ilə çox qədimlərdən məşhurdur. Ən çox neft və qaz yataqları Abşeron yarımadasında, Xəzər dənizinin şelf zonasında, Bakı və Abşeron arxipelaqlarındadır. Bundan başqa, Cənub-Şərqi Şirvan, Mərkəzi Aran (Muradxanlı, Mollakənd), Qobustan, Ceyrançöl, Acınohur, Siyəzən zonasında da neft yataqları var. Son illərdə Xəzər dənizində Çıraq, Azəri, Günəşli və s. yeni zəngin neft yataqları kəşf edilmişdir.
Azərbaycan nefti əsasən Kaynazoy yaşlı çöküntü süxurlarda yaranmışdır. Lakin Muradxanlı yatağındakı neft Mezazoy erasının vulkan süxurlarında aşkar edilmişdir. Dünyada məşhur olan Naftalan müalicə neft əsasında yel, dəri xəstəlikləri müalicə olunur, onu dərman kimi xarici ölkələrə də göndərirlər.
Azərbaycan dünyanın qədimdən neft hasil edən ölkələrindən biridir. Yüz ildən artıqdır ki, neft yataqları  istismar olunur. Nəticədə yer qabığının üst qatında olan neft yataqlarının ehtiyatları tekənməkdədir. Hazırda respublıkamızda mövcud olan neft ehtiyatlarının 70%-dən çoxu 3000 m-dən artəq dərinlikdə olan laylarda yerləşir.
Respublıkamızın əsas təbii qaz yataqları Qaradağ, Xəzər dənizinin şelf zonası, Bakı və Abşeron arxipelaqlarındadır. Qaz ehtiyatlarının 90%-dən çoxu 3000 m-dən artəq dərinliklərdə yerləşir. Azərbaycan ərazisində neft və qazdan başqa, Qobustan və İsmayıllırayonlarında yanar şistlər də vardır.
Respublıkamız filiz faydalı qazıntılardan alunit, dəmir, kobalt, mis, polimetal filiz yataqları ilə də zəngindir (şəkil 3).

Azərbaycanın Kişik Qafqaz hissəsində filiz yataqları daha çoxdur. Burada dəmir, manqan, titan, xromit, kobalt, mis, polimetal, sürmə, qızıl, gümüş, molibden və s. yataqları mövcuddur. Kiçik Qafqazın şimal yamacı müxtəlif faydalı qazıntılarla zəngin olduğu üçün “Azərbaycan uralı”adlandırılır. Qafqazda mənimsənilən ən iri dəmir filizi Daşkəsəndir. Bu yatağın filizi yüksək keyfiyyəti ilə fərqlənir. Zəylik alunit yatağı ehtiyatına görə dünyada tanınır. Bu kompleksdə kalium, vanadium və başqa nadir metallar da vardır. Zəylik aluniti Gəncə aliminium zavodunu xamalla təchiz edir. Kiçik Qafqazın Kəlbəcər, Gədəbəy rayonlarında mis yataqları mövcuddur. Polimetal filiz yataqları Gümüşlüdə(Naxçıvan MR), Mehmanada (Ağdərə sahəsi), Filizçayda (Balakən rayonu) yerləşir. Naxçıvan ərazisindəki Parağaçay molibden yatağısənaye əhəmiyyətə malikdir.
Bunlardan başqa, Kiçik Qafqazın kükürd kolçedanı, bentonit  gilləri, daş duzu, bariti qiymətli xammal kimi istifadə olunur. Çovdar bariti neftçıxarma sənayesində, Naxçıvan duzu (Duzdağ) məişətdə, kimya sənayesində işlədilir.
Kiçik Qafqaz və Naxçıvan MR ərazisi civə yataqları ilə də zəngindir. Kəlbəcər rayonundakı Şorbulaq və Ağyataq yataqları daha məşhurdur.
Kəlbəcər və Zəngilan rayonlarının qızıl yataqları sənaye əhəmiyyətlidir.
Azərbaycan ərazisi qeyri-filiz faydalı qazıntıları ilə zəngindir. Qobustan,Abşeron, Ağdam,Zəyəm, Tovuz, Daş Salahlı (Qazax rayonu)əhəngdaşıları, Şahtaxtı (Naxçıvan MR), Kəlbəcər travertin daşları, Daşkəsən mərməri, Yuxarı Ağcakənd gipsi, Hacıvəli kvars qumlarıböyük təsərrüfat əhəmiyyətinə malikdir. Respublikamızda dolomit, tabaşir, tikinti gilləri, çay daşı, qum və s. olduqca çoxdur.
 Nefçala, Mişovdağ, Babazənən, Böyükşor yodlu-buromlu su yataqları Nefçala yod-brom zavodunu xammalla təchiz edir.
Respubilka Müxtəlif kimyəvi tərkibli mineral su ehtiyatları ilə zəngindir. Buna görə Azərbaycan ərazisi “mineral sular muzeyi” adlandırılır. Burada kimyəvi tərkibinə görə bir-birindən fərqlənən ondan artıq  mineral su tipi mövcuddur. Həmin mineral sulardan mədə-bağırsaq, öd kisəsi, revmatizm, qaraciyər, dəri və əsəb xəstəliklərinin müalicəsində geniş istifadə edilir.
Kəlbəcər rayonundakı İstisu bir sıra xüsusiyyətlərinə bütün dünyada məşhur olan Karlovi Vari suyundan üstündür. Bu suyun illik axımı 600 mln. litrdir. Lakin bunun yalnız 10%-nə qədəri istifadə olunur. Naxçıvan MR-dəki Badamlı, Sirab, Vayxır mineral suları respublıkamızdan çox-çox uzaqlarda məşhurdur. Abşeron yarımadasındakı Suraxanı və Şıx, Dəvəçi rayonundakı Qalaaltı, Culfa rayonundakıDarıdağ, Quba rayonundakı Xaltan, Şuşa rayonundakı Turşsu və Şırlan müalicə əhəmiyyətinə görə fərqlənən mineral sulardır.
Bunlarla yanaşı, respublıkamızda çoxlu termal su mənbələri də mövcuddur. Termal suların tempraturu bütün ərazilərdə eyni deyildir. Kür-Araz artezian hövzəsində termal suların temperaturu 1500 C-yə, isitisu mineral bulaqların da isə 60-800 –yə çatır. Termal bulaqlar Talış dağlarında,Böyük Qafqazın cənub və Şimal-şərq yamaclarında da çoxdur. 
menbe:coqrafiya.blogspot.com