Ədəbiyyatımız


Yunus Əmrə (d.1238 - ö.1320) — xalq ozanı, təkkə şerinin yaradıcılarından biri, "Vəhdəti vücud" fəlsəfəsinin ardıcılı, türkdilli ədəbiyyatın ilk mütəsəvvüflərdən biri, zaman etibarilə Oğuz dillərinin ilk böyük şairi.Yunus Əmrə Porsuq çayının Sakarya çayına töküldüyü yerdə – Sərfi kəndində 1238-ci ildə doğulmuşdur. Mədrəsə təhsili görmüş, Tapdıq Əmrə adında şeyxə şəyirdlik etmişdir. Mövlana Cəlaləddin Ruminin məclislərinin iştirakçısı olmuşdur. Anadolunun bir çox kəndlərini gəzmiş, Azərbaycana və Şama səfər etmişdir.


Yunus Əmrə sufizm fəlsəfəsini sadə xalq dilində, əsasən heca vəznində yazdığı qoşmalarda, gəraylılarda, ilahilərdə, eləcə də əruz vəznində yaratdığı qəzəl və məsnəvilərdə ifadə etmiş, türk şerini yüksək bədii səviyyəyə qaldırmış, özündən sonra yaranan Türkiyə, Azərbaycan və Türkmən ədəbiyyatlarına güclü təsir göstərmişdir.


Türk şairi Yunus Əmrə 1320-ci ildə vəfat edib doğulduğu Sarıköydə dəfn olunmuşdur.

Anadoluda müxtəlif xalq ozanlarının, aşiğin və dərvişin adında iştirak edən Əmrə/Emre sözünün (məsələn, Yunus Əmrə, Tapdıq Əmrə) türkcədə "Aşiq" mənasını verdiyi elmi baxımdan öz təsdiqini tapmışdır. Bu sözün İmrə anlayışı ilə əlaqəli olduğu qəbul edilir. Türk-monqol dillərində dərman, ağız, qadınlıq, işarə bildirən (Am/Əm/Em/İm) kökündən törəyən Amramaq/Əmrəmeq/İmrəmek felləri "aşiq olmaq" deməkdir və Əmrə sözü də aşiq mənası daşıyır. Amrağ/Amra/Əmrə çevrilməsinə məruz qalmışdır. Anadoluda "imremek" və "imrenmek" felləri bir şeyi çox sevmək, qibtə etmək, həddindən artıq istəmək mənaları daşıyır.
Yunus Emre.JPG

Mənbə:az.wikipedia.org