8 Haziran 2014 Pazar


Firdovsinin 30 il ərzində yazıb qurtardığı Şahnamədə belə deyilir:
Burada çox qaldığım üçün dəyərsizləşdim mən,
Suyun hovuzda çox qalanda iyləndiyi kimi.
Dəyərli adamlar da bir yerdə çox qalanda qiymətləri aşağı düşür.
“Təbdili-məkan, yəni yer dəyişmək xeyirlidir”, – deyirlər. Həmişə eyni yer, eyni sifətlər, eyni iş, eyni qayğılar... Eynilik bezginliyə səbəb olur. Adam əgər bir işdən bezibsə, o işə yeni rəng, yeni motiv qatmalıdır. Yer dəyişmək hərəkət etmək deməkdir. Hərəkətdə isə bərəkət vardır. Hərəkətsiz qalmaq bərəkətsiz qalmaqdır. Bir yerdə çox qalan su iy verir. Orqanizmin çox hissəsinin sudan ibarət olduğunu nəzərə alsaq, insanın hərəkətsizliyi onun da bezməsinə, üzülməsinə və bir yerdə “kif atmasına” gətirib çıxarır. Daim hərəkətdə olan Yer kürəsinin üzərində qalmaq üçün insan da hərəkət etməlidir. Elə bütün dərdlərimizin dərmanı da ağıllı hərəkət etməkdə 

Hiç yorum yok:

Yorum Gönder