9 Haziran 2014 Pazartesi

Facebook can qurtardı

Fb-nın əhəmiyyəti
Fb-nın əhəmiyyəti
ABŞ sakini Tara Teylor Facebook-dakı səhifəsinə 3 yaşlı qızının şəklini yerləşdirib. Sosial şəbəkənin istifadəçiləri üzünə fotoaparatın işığı düşən qızın sol gözündə qəribə parıltı görüblər. Rusiya mətbuatına istinadən bildirilir ki, xoş təsadüfdən şəkli görənlər arasında bir oftalmoloq da olub. O, dərhal həkimə müraciət etməyi məsləhət bilib, çünki həmin effektin xəstəliklə bağlı olduğunu güman edib. Tibbi müayinə qızda nadir xəstəlik olan Koats xəstəliyini aşkar edib. Bu xəstəliyi vaxtında müəyyən etməyəndə görməni tam itirmək riski var. Facebook-dakı həkimin sayəsində isə qızcığaz kor olmaqdan xilas olub, o artıq müalicə olur.

Hiç yorum yok:

Yorum Gönder